• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycanla sərhəddə "İsgəndər"lər yerləşdirmək istəyir

Ermənistan Azərbaycanla sərhəddə "İsgəndər"lər yerləşdirmək istəyir
28.05.2020 19:45
Yerevanın Azərbaycanla sərhəddə "İsgəndər" kompleksləri yerləşdirmək planları haqda informasiya əlavə tədqiqat tələb edir.

"İnterfaks-Azərbaycan” bildirir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qeyd edib ki, Ermənistanın "həmişə şişirdilmiş niyyətləri" olur.


Qeyd edək ki, bu günlərdə erməni KİV-i bildirirdi ki, Rusiya Ermənistana silahların nəqli üçün daha bir dövlət ixracat krediti verəcək.

"Əvvəlkilərdən fərqli olaraq, yeni kredit faizlərsiz veriləcək. Bu vəsaitə erməni tərəfi yeni "İsgəndər" kompleksləri alacaq, hansılar ki, Azərbaycanla sərhəddə yerləşdiriləcək", - deyə erməni nəşri "Jamanak" öz mənbələrinə istinadən yazmışdı.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu vəzifədə olduğu müddət ərzində xarici KİV üçün ötən il iyulun ortalarında verdiyi ilk müsahibəsində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın "İsgəndər” komplekslərinin raketlərini vura biləcək silahlara malikdir: "Mən müdafiə naziri olaraq bəyan edirəm ki, biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!

...Haqqında bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Artıq vəziyyəti modelləşdirib döyüş atışları keçirmişik. Nəticə əladır!”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol