• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün enerji layihələrindən kənarda qalıb”

“Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün enerji layihələrindən kənarda qalıb”
22.11.2014 18:09

“Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər, bunun üçün siyasi iradə lazımdır”

İstanbulda ABŞ Atlantik Şurasının (Atlantic Council) “Enerji və iqtisadiyyat” mövzusunda toplantısı keçirilib. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, toplantıda ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edib.

Ə. Davudoğlu enerji mövzusunda 3 istiqamətli təhlillə çıxış edərək 1-ci istiqamət kimi məsələnin insani tərəfini qeyd edib: “Bu gün dünya əhalisinin beşdə biri enerjidən istifadə edə bilmir. Məsələn, mən 3 il əvvəl Somaliyə gedəndə enerjinin nə qədər həyati bir ehtiyac olduğunu şəxsən gördüm. Türkiyə üçün enerji məsələsi vətəndaşlarımızın həyat standartını yüksəltmə məsələsidir. Enerji təhlükəsizliyi siyasi sabitliyin bir hissəsidir və demokratik cəmiyyətlər üçün sabitliyin, insani həyat standartlarının bir təminatıdır”.

Baş nazir məsələnin 2-ci tərəfinin iqtisadi istiqamət olduğunu söyləyib: “Bizim Türkiyə olaraq üstünlüyümüz çox çalışqan, cəsur və təşəbbüskar insan potensialına və vacib coğrafiyaya sahib olmağımızdır. Zəif tərəfimiz isə enerji asılılığımız və bundan qaynaqlanan büdcə kəsiridir. Biz enerji qaynaqlarımızı çeşidləndirmək (diversifikasiya etmək) istəyirik. Nüvə enerjisi və yenilənən enerji sahələrində ciddi çalışmalarımız var”.  

Ə. Davudoğlu məsələnin 3-cü istiqaməti kimi strateji istiqamətə diqqət çəkib: “Hörmətli Bayden də gözəl ifadə etdi, enerji nəyin alətidir? Enerjidən siyasi təzyiq məqsədilə istifadə edilsə, bunun qazanan tərəfi olmaz. İstehsalçılarla istehlakçılar eyni marağa sahibdir. Bu baxımdan hamımızın eyni gəmidə olduğunun fərqinə varmalıyıq. Enerjini inkişafın bir vasitəsi olaraq görməliyik. Geosiyasət, geoiqtisadiyyat və geoenerji. Bunlar Türkiyə üçün önəmlidir. Biz ətrafımızda iki şey istəyirik: sabitlik və etibar. Türkiyə üçün sabitlikdən önəmli heç nə yoxdur. Suriya, İraq, Qafqaz, Ukrayna və Yəmənə qədər yaşanan qeyri-sabitlik Türkiyəyə neqativ təsir göstərib. Ətrafımızdakı qeyri-sabitlik və terror Türkiyəyə təhdiddir”.   

Ə. Davudoğlu xatırladıb ki, 1990-cı illərdə Qafqaz və Balkanlar qeyri-sabit bölgələr kimi tanınırdı: “TANAP sayəsində bu bölgələr barış bölgəsi olaraq anılmağa başlayıb. Azərbaycan-Ermənistan münaqişəsi zonası da enerjinin sülh məqsədilə istifadə oluna biləcəyi bir yerdir. Kimsə Bakı-Ceyhana inanmırdı, amma bu layihə gerçəkləşdi. Lakin Ermənistan bu layihədən kənarda qaldı. Niyə? Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Azərbaycan və Ermənistan arasında yaranacaq əlaqələrdən ən çox məmnun qalacaq ölkə Türkiyə olacaq. Azərbaycan bu gün iqtisadi rifaha qovuşmuş ölkədir. Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər, sadəcə olaraq, siyasi iradə lazımdır. Ümid edirik ki, helikopter hadisəsindən sonra yaranan gərginlik ATƏT-in Minsk  Qrupunun səyləri ilə azaldılacaq”.   

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol