• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar Paşinyanın arvadına cavab verdilər

Deputatlar Paşinyanın arvadına cavab verdilər
28.05.2020 23:19
Deputatlar Paşinyanın həyat yoldaşının bu günlərdə bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazisinə səfərini təşkil etməsinə və "sülh çağırışları” cəhdinə kəskin etirazlarını bildiriblər.

Oxu.Az xəbər verir ki, deputat Zahid Oruc parlamentdə çıxışında deyib ki, erməni qadınlar tərəfindən indiyə qədər sülhə doğru addımlar və çağırışlar görülməyib:

"Əksinə, hər zaman sülhə qarşı çıxıblar. Erməni anaları məktəblərdə uşaqlarına barmaqları ilə azərbaycanlıları düşmən kimi göstəriblər. Xüsusilə də şəhidləri. Amma özlərinin övladı öləndə onları qəhrəman kimi təqdim ediblər. Odur ki, Paşinyanın arvadının və ona dəstək verənlərin sülhə çağırışlarını heç bir halda səmimi qəbul etmirik. Əslində, bunu istismar kimi qəbul edirik. Onlar Silva Kaputikyanların, Əlixanyan-Bonerlərin davamçılardır və onlardan nəsə gözləməyə dəyməz”.

Deputat Sevinc Hüseynova qeyd edib ki, "Qadınlar sülh naminə” adı altında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edən Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova bilməlidir ki, Xocalıda qətlə yetirilən insanlar arasında 106 qadın olub: 

"Ümumiyyətlə, Qarabağ münaqişəsi nəticəsində təkcə azərbaycanlılar deyil, eyni zamanda, rus millətindən olan gənclər qətlə yetirilib. Bununla da, erməni təcavüzü nəticəsində onlarla rus anası gözüyaşlı qalıb. Biz sülhün tərəfdarıyıq və belə səfərlər də sülhə mane olur. Xüsusən də münaqişənin həlli ilə bağlı yaradılan ATƏT MQ həmsədr ölkələrindən biri olan Rusiya parlamentinin nümayəndəsinin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri münaqişənin həllinə mənfi təsir edir. Odur ki, mən belə şəxsləri işğal altında olan torpaqlara qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.

Parlamentin Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Əli Hüseynli isə qeyd edib ki, rus deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı həm öz adından, həm də "Rus İcması” nın adından Rusiya Dumasına kəskin bəyanat göndəriləcək:

"Ayrı vaxt olsaydı, buna ciddi əhəmiyyət verməzdik. Amma həmin xanım Rusiya Dumasının önəmli adamlarındandır və hakim partiyanın üzvlərindəndir. Onun addımı iki ölkənin münasibətlərinin ruhuna tamamilə ziddir”.

Ə.Hüseynli rus dilində tədrisin artması ilə bağlı deputat həmkarının fikrinə münasibət bildirib:

"Biz gənclərin dil seçiminə müdaxilə etməməliyik. Onlar bu məsələdə azaddırlar. İstədikləri dili öyrənə bilərlər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol