• $
  • €
  • ₽
  • ₺
  • £

Koçaryanla oturub kabab yedim, Heydər Əliyev məni yanına çağırdı və... - Tofiq Zülfüqarov sirləri açdı

Koçaryanla oturub kabab yedim, Heydər Əliyev məni yanına çağırdı və... - Tofiq Zülfüqarov sirləri açdı
29.05.2020 00:31
"Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com saytına geniş müsahibəsində deyib.

O, müsahibəsində ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirəsindən də danışıb.

"Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra anlamağa başladım. Bir misal gətirim. Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilirdi. Orada qalstuksuz, yəni qeyri-rəsmi şam yeməyi düzənlənmişdi. Yaltada Mixail Qorbaçovun "Foros” adlanan iqamətgahı var. Kuçma göstərdi ki, bura Qorbaçovun iqamətgahıdır və sair. Gəzintidən sonra bir yerdə kabab verdilər. İndi Heydər Əliyev, Kuçma, Şevardnadze, Süleyman Dəmirəl oturublar. Görürəm ki, ermənilər – Koçaryanla Oskanyan kənarda tək qalıblar. Mən də gedib onların yanında oturdum ki, bunları bir az danışdırım. Müxtəlif məsələlərə aid fikir mübadiləsi oldu. Səhəri gün qayıtdıqda Heydər Əliyev təyyarədə məni yanında çağırdı. Oturduq, çay gətirdilər. Dedi, mən gördüm ki, sən onlarla gedib oturdun. Dedim, bəli, cənab Prezident. "Sən düz elədin”, – deyə Heydər Əliyev bildirdi. Əlavə etdi ki, bizə yaxşı olması üçün heç kim onları yaxın buraxmırdı və danışdırmırdı. Onların tək qalmaması üçün sən düz eləyib onlarla oturdun. Bəs yaxşı nə danışdılar? Mən də təbii ki, məruzə etdim. Yəni, bu baxımdan Heydər Əliyev çox maraqlı üslublar tətbiq edirdi və çox xoşlayırdı ki, kimsə ona uyğun addımlar atsın. Yada salınacaq şeylər çoxdur. Ancaq hər halda bəzən gedib düşmənlə yanaşı oturmaq da məsləhətdir. İndi bilmirəm, bəlkə mən rusdilli olduğum üçün gedib onlarla yanaşı oturdum (gülür). Bunu necə şərh edəcəklər? Vətənpərvərliyin az olmasına görə gedib onlarla oturub kabab yedim?"

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol