• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı
10.11.2018 12:21


Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə açıqlayıb.

"Noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib”, - agentliyin həmsöhbəti qeyd edib.

E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu "İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda – Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada – iştirak edib.

Hüquq-mühafizə orqanları təşkilatın fəaliyyəti ilə onun sıralarına həddi-büluğa çatmamış yeniyetmələrin cəlb edilməsindən sonra maraqlanıblar. Xüsusi düşərgələrdə yeniyetmələr silahdan atəş açma və partlayıcı qurğularla davranma biliklərinə yiyələnirmişlər. İlkin məlumatlara görə, E.N.O.T. qruplaşmasının həbs olunmuş üzvləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci ("Düşmənçiliyin yayılması və ya insan ləyaqətinin təhqir edilməsi”) və 150-ci ("Həddi-büluğa çatmamış şəxslərin cinayətə sövq edilməsi”) maddələri ilə ittiham ediləcəklər.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol