• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin ləğv etdiyi qurumlar haqqında məlumat - FOTO

Prezidentin ləğv etdiyi qurumlar haqqında məlumat - FOTO
15.01.2019 12:23
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 14 yanvar tarixində bir neçə qurumun ləğvi yeni ictimai əsaslarla yenidən təşkili barəsində fərman imzalayıb.

Fərmana əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Həmin qurumların yaranma tarixi və fəaliyyəti barədə qısa məlumatları təqdim edirik:

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Bu qurum ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 fevral 2013-cü ildə yaradılıb.

Agentliyin əsasnaməsinə görə Agentlik – Azərbaycanda alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi təsis edilib.

Həmçinin enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparıb.

Quruma yarandığı gündən etibarən Akim Bədəlov sədrlik edib.

Prezident yanında Bilik Fondu

Fond elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, ekoloji təfəkkürün formalaşdırılması, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə 7 may 2014-cü ildə yaradılıb.

Prezidentin ləğv etdiyi qurumlar haqqında məlumat - FOTOFondun əsas məqsədi ölkə əhalisini maarifləndirmək olub.

Əsas vəzifələr sırasında isə əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq, təbliğat xarakterli tədbirlər həyata keçirmək yer alıb.

Bundan başqa, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi də öhdəliklər arasında olub.

İcraçı direktoru fəlsəfə doktoru Oqtay Səmədov idi.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)

Bu qurum isə 12 noyabr 2007-ci ildə yaradılıb. SAM Azərbaycanda aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurum olub. Dövlət elmi-tədqiqat təşkilatıdır.

Əsas missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etmək idi.

Mərkəzin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini isə filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva idi.
 


mənbə: qafqazinfo

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol