• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi - VİDEO

Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi - VİDEO
23.02.2019 09:20
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı "Report” agentliyinin jurnalisti İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu "Lazarev klubu”nun ikinci rus-erməni forumunun keçirəcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələrinin iştirak edəcəyi ilə bağlı sual verib.

Oxu.Az xəbər verir ki, jurnalist məsələ ilə bağlı Mariya Zaxarovaya sual ünvanlayan zaman, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupunun həmsədri olduğunu xatırladıb və Qarabağ separatçılarının bu forumda iştirakının yolverilməz olduğunu qeyd edib.
Lakin Mariya Zaxarova jurnalistin sözünü kəsib:

"Bir dəqiqə dayanın. Rusiyanın ATƏT Minsk qrupunun həmsədri olması ilə bu forum arasında nə əlaqə var. Siz sualınızda iki məsələni birləşdirirsiz, halbuki onları birləşdirmək lazım deyil.

Əlbəttə ki, Rusiya ATƏT Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Habelə Moskvada,  siz düzgün olaraq qeyd etdiyiniz kimi,  vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan yüzlərlə fərqli mövzulu forumlar keçirilir. Söhbət belə forumlardan birindən gedir.

Sizdə bu forumda hansısa yolla rəsmi şəxslərin iştirak etdiyi haqqında məlumat varsa bizə ötürün. Məndə belə bir informasiya yoxdur”, -deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri tərəfindən müxtəlif tədbirlərin keçirilməsi hüququ Rusiya qanunvericiliyində təsbit olunub:

"Əgər tədbirdə  rəsmi olaraq dövlət orqanı nümayəndələrinin iştirakından söhbət gedirsə, mən bunu şərh etməyə hazıram. Ancaq bunun üçün konkret məlumatlar olmalıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol