• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? - FOTO

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? - FOTO
29.05.2020 02:01
2016-ci ilin aprel döyüşləri xalqımızın milli vətənpərvərlik dastanına qızıl hərflərlə yazılan tarixi günlərdür. Aprel döyüşləri düşmənin yüzlərlə zabit, əsgəri və onlarla texnikasının məhv edilməsilə yanaşı, bir sıra strateji postların geri qaytarılması ilə nəticələndi.

Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. Soydaşlarımız Ermənistan səfirlikləri qarşısında öz etirazlarını bildirirdilər. Belə soydaşlarımızdan biri də İspaniyada yaşayan Vahid İmanovdur.

Publika.az xəbər verir ki, Vahid İmanov 15 ilə yaxındır ki, İspaniyada yaşayır. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub.

1976-ci ilin 17 yanvar tarixində Ağsu rayonu Nuran kəndində anadan olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb.

"Vətənimiz üçün döyüşmək hər birimizin borcudur. Füzuli, Horadizdə döyüşlərdə iştirak edirdik. Yaşım az olduğu üçün məni "malış” ləqəb ilə çağırırdılar. Hərbi hissə komandirimiz polkovnik Şair Ramaldanov, tabor komandiri Tariyel Qəhrəmanov idi. Ağır döyüşlərdə iştirak edirdik. Amalımız torpaqlarımızın azad olunması idi. Atəşkəsdən sonra da 1997-ci ilə qədər orduda xidmət etdim. Tərxis olunandan sonra başqa sahələrdə çalışdım.

2002-ci ildən Avropada yaşayıram. Aprel döyüşləri başlayanda bütün işlərimi bir kənara qoyub vətənə qayıtdım. Könüllü olaraq döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdim. Aprel döyüşlərindən sonra da iki ay vətəndə qaldım ki, hər an müharibə başlasa yenidən müraciət edim.


Bu gün İspaniyada erməni lobbisinə qarşı fəaliyyətimi davam etdirirəm. İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində məni tanıyanlar bilirlər ki,fəaliyyətim vətənimlə bağlıdır.

Eyni zamanda Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoruyam. Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsiyəm. Sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminiyəm. İspaniyada sosial-ictimai fəaliyyətlə ölkəmə xidmət edirəm. Qarabağda döyüşlər başlasa yenidən vətənimə qayıdacam”, - deyə Vahid İmanov vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol