• $
  • €
  • ₽
  • ₺
  • £

Əli İnsanovun həyat yoldaşı ilə bağlı bunu söyləməsi biabırçılıqdır - Deputatdan SƏRT SÖZLƏR

Əli İnsanovun həyat yoldaşı ilə bağlı bunu söyləməsi biabırçılıqdır - Deputatdan SƏRT SÖZLƏR
28.05.2020 22:09
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

Publika.az müsahibəni tədim edir:

- Qüdrət bəy, Prezidentin son əhv fərmanını necə qiymətləndirirsiniz?

- Həm beynəlxalq, həm yerli hüquq müdafiəçiləri həbs olunmalarında siyasi motivlərin olduğu iddi edilən bir qrup şəxsin əfv olunmasını Prezidentdən xahiş etmişdi. Mən də belə bir əfv qərarının verilməsinin həm humanizm həm də ölkənin milli maraqları baxımından vacib olduğunu düşünərək Milli Məclisin plenar iclasında həmin çağırışlara qoşulmuşdum. Bu gün çox məmnunam ki, Prezident Novruz bayramı ərəfəsində böyük alicənablıq nümayiş etdirərək həmin şəxslərin də böyük qismi daxil olmaqla 400 nəfəri cəzadan azad edib.

- Qüdrət bəy, cəzadan azad olunanlardan biri də keçmiş səhiyyə naziri Əli İnsanov idi. Onun ilk açıqlamasını necə qarşıladınız?

- Əvvəla onu qeyd edim ki, o yaşda insanın azad olunması təqdir olunmalıdır. Onun siyasətdə qalacağını deməsi çox normaldır. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdır. İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi.

Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol