• $
  • €
  • ₽
  • ₺
  • £

"...ölkə prezidentinin başlatdığı islahatları yandırmaq istəyirlər" - Deputat

"...ölkə prezidentinin başlatdığı islahatları yandırmaq istəyirlər" - Deputat
29.05.2020 01:16
"Dünən Milli Məclisdə çıxışımda xüsusi olaraq bir sözü vurğuladım: yanan təkcə bir ticarət mərkəzi deyil, bütövlükdə ölkə prezidentinin başlatdığı islahatları yandırmaq istəyirlər". 

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.


O qeyd edib ki, bu ölkəni gələcək kataklizmlərdən qorumaq, məsuliyyətsiz siyasi və kriminal personaların xarici yönləndirmələrlə idarəolunmaz xaos yaratmaq cəhdlərini əngəlləmənin tək yolu səmimi və əsaslı siyasi, iqtisadi, sosial və xüsusilə də məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparmaqdır: "Yəni, imitasiya ilə bir nöqtəyə varmaq mümkün deyil və xalqı bu islahatların səmimiliyinə inandırmaq lazımdır ki, insanlarımız dəstəyini əsirgəməsinlər və zəruri fədakarlıq göstərsinlər.


 Rusiyanın inqilab ərəfəsi tarixini diqqətlə araşdıranda gəldiyim nəticə bu oldu: o dövr hakimiyyət eşalonunda olan məsuliyyətli insanlar durumun nə dərəcədə kritik olduğunu anlayırdılar və Stolıpinin başlatdığı iqtisadi islahatların siyasi istiqamətini müəyyənləşdirməyə çalışırdılar. Lakin bu islahatlar natamam olduğuna görə həmin dövrdə məsuliyyətsiz və qəzəbli kütlənin Trotskisinin və Leninin yetişməsi təəccüblü görünmədi. 


Fikrimcə, Çar Rusiyasında inqilab ərəfəsinə yaxın dövrdə aparılan islahatların natamamlığının əsas səbəbi bu idi ki, islahat aparanlar özlərinin siyasi, sosial, iqtisadi imtiyazlarını qorumaqla islahat barədə düşünürdülər. Elementar Məlik Məhəmməd məntiqi də onu deyir ki, baldırından Simurq quşuna ətindən kəsib verməsən, işıqlı dünya perspektivi ümidverici görünməyəcək".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol