• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni deputatdan gözlənilməz açıqlamalar: "Sülh üçün yalnız bir yol var"

Erməni deputatdan gözlənilməz açıqlamalar: "Sülh üçün yalnız bir yol var"
28.05.2020 21:45
"Çiçəklənən Ermənistan” fraksiyasının sədri, millət vəkili Edmond Marukyan 29 martda Vyanada baş tutan Nikol Paşinyan-İlham Əliyev görüşü barədə danışıb.

Publika.az xəbər verir ki, Marukyan liderlər arasında aparılan danışıqların nəticələrini müsbət dəyərləndirib.

Lakin o bildirib ki, görüşdən qaranlıq qalan məqamlar da var: "Bəzi suallar var ki, onlar cavabsız qaldı. Erməni tərəfinin gündəliyi, üç prinsip və altı element haqda informasiyalar yoxdur. Biz bilmək istəyirik ki, bunlar aktualdır, ya yox. Ümumiyyətlə, görüş müsbət idi və biz müzakirələrin davam edəcəyi ilə müsbət ampluadayıq”.

Ermənistan parlamentinin üzvü Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin yeni elementləri və prinsiplərini inkişaf etdirmək alternativini istisna etməyib: "Lakin unutmamalıyıq ki, bu prinsiplər Helsinki Yekun Aktına əsaslanmalıdır. Yəni özək dəyişməzdir, beynəlxalq hüquq dəyişməyəcək”.

Onun fikrincə, proses yenilənir və bu, qaçılmazdır, çünki Ermənistanın danışıqlar prosesinə təsir göstərə bilməyəcəyi bir çox yeni yanaşmalar var. Vyana görüşündən sonra xalqların sülhə hazırlaşdırılmasına dair addımlar atmaq üçün lazım olan ehtiyaclara gəldikdə, deputat yalnız bir yol görür: sərhəddə uzunmüddətli sülh.

Qeyd edək ki, martın 29-da Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması üzrə ilk rəsmi görüşü olub. 3 saat yarım davam edən görüşdə iki ölkə xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol