• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağdan 100 maşına yaxın hərbçi gəldi, şəxsən mən özüm onları müşaiyət etdim...”

“Qarabağdan 100 maşına yaxın hərbçi gəldi, şəxsən mən özüm onları müşaiyət etdim...”
28.05.2020 20:37
Ermənistanın Dövlət Nəzarət Xidmətinin başçısının müşaviri, 2008-ci ildə Gorusdakı hərbi polis qarnizonuna rəhbərlik edən  Aşot Vanyan 1 mart hadisələri zamanı Xankəndindən Yerevana yeridilən qoşunları şəxsən müşaiyət etdiyini deyir.

Virtualaz.org xəbər verir ki, Vanyan bu haqda "Azadlıq” radiosunun erməni xidmətinə danışıb.
"2008-ci il martın 1-i idi, saat haradasa 17.00, mənim yadımda deyil, göstəriş gəldi, yoxsa zəng vurdular, yaxud şifahi göstəriş verdilər. Dedilər ki, Yerevana gedən qoşunları müşaiyət edək, digər hissələrin isə Gorusda təhlükəsiz hərəkətini təmin edək. Konkret Qarabağdan-dəqiq rəqəmləri xatırlamıram,-amma deyə bilərəm ki, martın 1-də saat 17.00-dan sonra Gorus qarnizonu üzərindən Qarabağın müdafiə ordusunun hərbçilərini daşıyan haradasa 50-100 yük maşını keçdi. Gorus qarnizonu üzərindən Yerevana yollandılar. Elan edildi ki, qoşunlar gəlməyib, amma şəxsən mən özüm qoşunların Yerevana təhlükəsiz hərəkətini təmin etmişəm”-Vanyan deyib.


Keçmiş hərbçi onu da bildirib ki, Qarabağdan göndərilən həbçilər gecəni Gorusdakı hərbi hissədə keçiriblər. Bundan əlavə hərbçiləri Yerevana daşıyan maşınların bir neçəsində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olub. Hansı ki, bu haqda 1 mart hadisələrinə dair keçmiş prezident Robert Köçəryana və digərlərinə qarşı irəli sürülmüş ittihamda danışılır.
"Biz belə informasiya aldıq ki, Gorusdakı hərbi hissənin maşınlarından dövlət nömrə nişanlarını çıxarıb Qarabağa apardılar və həmin maşınlar artıq Müdafiə Nazirliyinin nömrə nişanları ilə geri qayıtdılar. Ola bilsin başqa dövlət nömrə nişanları da var idi, amma həmin nömrələrlə maşınların olması dəqiqdir”-Vanyan bildirib.

Xatırladaq ki, Robert Köçəryan özü məhkəmədə ifadəsində Dağlıq Qarabağdan Yerevana etirazları yatırmaq üçün qoşunların gətirilməsini inkar edib. "Qarabağ ordusundan bir nəfər də olsun gətirilməmişdi. Bir nəfər də olsun. Sonra izah edərəm söhbət nədən gedir”-o bildirib.
İttiham aktına əsasən isə martın 1-də Levon Ter-Petrosyanın tərəfdarlarına qarşı tətbiq olunmaq üçün Yerevana Qarabağdan minə yaxın hərbçi və zabitlərdən ibarət ayrıca batalyon Yerevana aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol