• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Mustafayev iranlı rəsmilərlə görüşdü

Şahin Mustafayev iranlı rəsmilərlə görüşdü
04.07.2019 20:00
akıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.
Unikal.org-un xəbərinə görə, Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.
"Belə ki, son 6 ildə dövlət başçıları arasında 12 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur. İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb”.
Şahin Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, İranlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.
Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan Qulamreza Tacgərdun iqtisadi-ticarət əməkdaşlığın inkişafını vurğulayıb, qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensialı qeyd edib.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol