• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI

İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI
09.07.2019 15:09
Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşması İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı demək olar ki, dünya ölkələrinin bir çoxu ciddi mübarizə aparır. Baxmayaraq ki,  ABŞ və müttəfiqlərinin mövcud imkanları şəraitində İŞİD mövqelərinin xeyli hissəsi məhv edilib, lakin yenə də bu qruplaşma kiçik  hissələr şəklində olsa da, fəlaiyyət göstərməkdədir.
 
Belə olan halda cəmiyyəti düşündürən belə bir sual ortaya çıxır. Əsas tərkib hissəsi məhv edilən bu terror qrupu niyə tamamilə ləğv edilmir? Dövlətlər qruplaşma qarşısında acizdir, yoxsa başqa səbəblər var?  

Bu kimi sualları şərqşünas alim, politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında cavablayıb.
 
"Bəzi böyük dövlətlər terrorçuları, cinayətkarları, narkotik satışı ilə məşğul olan böyük şəbəkələri dəstəkləyir. Bununla da həmin ölkələr müəyyən ərazilərdə sabitliyi pozumaq niyyətinə çatır və eyni zamanda nüfuzunu gücləndirərək təsir imkanları əldə edir. İŞİD-lə bağlı Amerikanın sabiq prezidenti Barak Obama demişdi ki, "İŞİD-lə mübarizə on illərlə çəkəcək, Amerika Yaxın Şərqdə qalaraq bu mübarizəni sonadək davam etdirəcək”. On illər ərzində Amerika qoşunlarının Yaxın Şərqdə qalması, terrora qarşı mübarizə adı altında fəaliyyət göstərməsi üçün İŞİD ən gözəl bəhanədir. Düzdür, Ameikanın səyi nəticəsində İŞİD qruplaşmasının xeyli hissəsi ləğv edildi, lakin yarıgizli-yarıleqal şəkildə bəzi hərbi birləşmələr hələ də öz mövcudluğunu qoruyub saxlayır. Həmin birliklər maliyyə, texniki, informasiya dəstəyini bəzi dövlətlərdən alır. Odur ki, bu qruplaşma hələ uzun müddət fəaliyyət göstərəcək”.  
 
Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə öz müstəqilliyini elan edib. Böyük terror hadisələrinə imza atan qruplaşma yarandığı dövrdən minlərlə insanı öz ətrafında birləşdirməyi bacarıb. BMT-in baş katibi  Antonio Guterresin  bu ilin fevral ayında mətbuata verdiyi açıqlamada bildirilirdi ki, İraq və Suriyada İŞİD üzvlərinin sayı 14-18 min  arasındadır. Bu insanların 3 minə yaxını qruplaşmaya başqa ölkələrdən qoşulub.

(Modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol