• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı
12.07.2019 12:25
Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşün məqsədi hər iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.

Görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J. Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.
Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

Öz növbəsində qonaqları salamlayan Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.
Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib.

 "Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçir. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə sıx əməkdaşlıq edir. Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı  məqsədəuyğun hesab edirik”.

Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatların aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra birgə əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü bildirib.
Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir.  Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. TAMİU Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və s. kimi tədqiqat mərkəzlərinə ev sahibliyi edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol