• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Azərbaycanda vəzifəli şəxs həbs edildi
18.07.2019 11:37
"Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin məhkəməsi bitib.


Anews.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E. Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


E.Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə təqsirləndirilir.


E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.


Sərbəst ifadə verən Musayev bildirib ki, pulu özü mənimsəməyib: "Qarşı tərəflə razılaşdırılmış qaydada pulun bir hissəsinə türk işadamı üçün bahalı hədiyyə alınıb, bir hissəsi də Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına verilib. Kiçik bir qismini də Cabbarlının öz işçisi İlham Süleymanov alıb xərcləyib.
İlham Süleymanov qardaşım Dövranın tələbə yoldaşı və dostu olub, Ramiz Cabbarlı da onun müdiridir. Bir gün İlham zəng eləyib dedi ki, müdirinin torpaq sahəsi var. Orada tikinti aparmaq üçün icazəsi də var. Ancaq tikinti sahəsindəki ağaclar orada tikinti aparmağa mane olur. Ona görə də ağacların köçürülməsinə icazə almaq üçün kömək lazımdır. Bir neçə gün sonra Ramiz Cabbarlı ilə görüşüb, ərziyə baxdıq. Həmin vaxt torpaq sahibinə Bakıda bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini dedim".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol