• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səhiyyəsində növbəti biabırçılıq - Gizli kamera görüntüləri

Azərbaycan səhiyyəsində növbəti biabırçılıq -  Gizli kamera görüntüləri
22.07.2019 16:29
Sumqayıt şəhər sakini Aytəkin Bayramova dövlət xəstəxanasında həkimin onunla qeyri-etik rəftarını və pul tələb etməsininin kadrlarını redaksiyamıza göndərib.

Anews.az xəbər verir ki, bu haqda A. Bayramova "yeniavaz.com”a danışıb.

O, bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində fəaliyyət göstərən Uşaq Stomatoloji Klinikasına 9 yaşlı oğlunun dişi ağrıdığı üçün üz tutub:

"Uşağın dişinə baxan həkim mənə dedi ki, əvvəlcə "Rentgen"ə get. Mən də uşağı həmin şöbəyə apardım. Gülnarə həkimə bildirdim ki, uşağın dişini rentgenə salmaq lazımdır. Məndən 5 manat pul istədi.

Dedim ki, yoxumdur, həm də ki bura dövlətin klinikasıdır. O da mənə cavabında dedi ki, nə vaxt dövlətin mənə plyonka verər, onda gələrsən. O vaxta kimi bir də buraya gəlmə dedi. Mən də bura dövlətindir dedim.

O nalayiq sözlərdən istifadə edərək mənə cavab verdi. Mən də oradan uzaqlaşdım. Ancaq mən həmin anları mobil telefonumla lentə almışdım".A. Bayramova dedi ki, bu hadisədən sonra Kəmalə xanımın, yəni, baş həkimin yanına getdim: "Vəziyyəti ona danışdım amma, onun cavabı məni daha da təəccübləndirdi.

Mənə bildirdi ki, bizdən bu pulu yuxarıdan tələb edirlər, bizlik deyil.

Biz hər il Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 min manat ödəyirik. Bunu təkcə biz yox, bütün qurumlar ödəyir.

Biz də məcbur o pulu vətəndaşlardan alırıq. Baş həkim də mənə dedi ki, plyonkanı dövlət vermir".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, bu sadəcə əsassız bir ittihamdır:

"Bu doğru deyil. Belə bir şeydən söhbət gedə bilməz. Əsassızdır". 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol