• $
  • €
  • ₽
  • ₺
  • £

Kassa çeki verilərkən diqqətli olun - Alıcıları aldadırlar

Kassa çeki verilərkən diqqətli olun - Alıcıları aldadırlar
24.07.2019 14:13
Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə "barkod” təqdim edirlər.
Vergilər Nazirliyi bununla bağlı əhalini diqqətli olmağa çağırır.
"Barkod”un çekdən fərqi

Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəçisi olan kassa çekləri, ilk növbədə, vətəndaşların hüquqlarının təmin olunmasına əsas verir. Alıcılar aldıqları mal və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən "barkod”ların isə heç bir hüquqi əsası yoxdur.
Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
- vergi ödəyicisinin adı;
- VÖEN-i;
- çekin vurulması tarixi və saatı;
- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
- malın sürətli məlumat kodu (Quick Response Code).
Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən "barkod”larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.
Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar yaxın gələcəkdə ticarət obyektlərində alış-veriş zamanı nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, nağdsız, yəni kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu proses başlayarkən kassa çeklərinin tələb edilməsi xüsusilə aktual olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol