• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: güclü zəlzələ, dərhal ABŞ-ın hücumu və 96 saata işğal

Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: güclü zəlzələ, dərhal ABŞ-ın hücumu və 96 saata işğal
25.07.2019 16:15
"Türkiyə S-400-ləri NATO-nun işğal hazırlığına qarşı alıb”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli siyasətçi Lütfü Özşahin deyib.

L.Özşahin qeyd edir ki, Rusiya Türkiyəni işğal edəcəksə, S-400-ləri niyə versin?

"Türkiyəni havadan işğal edə biləcək yeganə güc AVŞ-dır. NATO-nun Türkiyəni işğal etmə planı varı. Bunu havadan həyata keçirəcəklər. Hətta bunun təlimini də keçirtdilər. NATO Türkiyəni qorumaq yox, idarə etmək və lazım olanda çevriliş etmək üçün var. Türkiyədəki bütün hərbi çevrilişlərin arxasında NATO var. Bu çevrilişləri NATO-nun Gladiosu həyata keçirib. Hətta FETÖ onların bir hissəsidir”, - deyə o bildirib.

Qeyd edək ki, 2002-ci ilin 24 iyulunda ABŞ-ın Nevada ştatında "Millennium Challange – 2002” adlı hərbi təlim keçirildi. Təlimə 13 min 500 əsgər qatılmışdı, lakin NATO üzvü olan Türkiyə orada yox idi.

"Balyoz” işində FETÖ-nün həbs etdirdiyi polkovnik Mustafa Önsel "Oda Tv”-də yayımlanan məqaləsində yazırdı ki, təlimin ssenarisində hədəf iki qitəni birləşdirən ölkədir.

"Bu ölkə bir çox dəniz yollarına nəzarət edir, Aralıq dənizində bir ada ölkəsi ilə problemləri var. Bununla yanaşı, hədəfdəki ölkədə etnik azlıqlar da yaşayır. Ssenari hədəfdəki ölkədə dağıdıcı zəlzələdən sonra tətbiq edilməyə başlanır. Zəlzələ ilə yanaşı, beynəlxalq bir məhkəmə həmin ölkənin sərhədlərinin pozulması ilə nəticələnən qərar qəbul edir. Beynəlxalq güclər ölkəyə həll yolu təklif edirlər. Çətin vəziyyətdə olan ölkə rəhbərliyi bu təklifi qəbul etmək məcburiyyətində qalır. Bundan sonra hərbiçilər ölkənin idarəçiliyini ələ keçirir və hərbi xunta yaradılır. Sonra hərbi xunta ada dövlətini mühasirəyə alırlar, ABŞ isə 96 saat içində hədəfdəki ölkəyə müdaxilə edir, yəni işğal edir”, - türkiyəli polkovnik ssenarini belə açıqlamışdı və bu ssenarinin hədəfindəki ölkənin məhz Türkiyə olduğu hesab olunur.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol