Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır.
Regionlarda yaradılmağa başlayan mərkəzlərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcəyi bildirilir. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcəyi qeyd olunur.
www.anews.az
Son xəbərlər 
Daha çox 























