İlham Əliyev Allahşükür Paşazadə ilə bağlı SƏRƏNCAM İMZALADI
26.08.2019 10:26
Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev” ordeni ilə təltif olunub.