• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Köçəryana məktubunun sirri...

Putinin Köçəryana məktubunun sirri...
02.09.2019 16:07
Rusiya tərəfindən Köçəryana "ruhdan düşməmək”, "möhkəm dayanmaq” tövsiyə edilir.

Redaktor.az bildirir ki, millət vəkili, politoloq Sahib Alıyev Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı ad günü münasibətilə təbrik etməsinə münasibət bildirib.

S. Alıyev hesab edir ki, bu məktub Köçəryandan daha çox Paşinyana ünvanlanıb:

"Putin həmin məktubunda iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsində "böyük zəhmət çəkən” Köçəryanı Rusiyanın əsl "dost”u adlandırır. Burada təkcə Köçəryana qiymət verilmir, həm də Paşinyana daha bir xəbərdarlıq edilir. Paşinyan Rusiyanın "əsl dostu”nu tutdurmaqla iki ölkə arasındakı "müttəfiqliyi” şübhə altında qoyur. Yəni Moskvada bu həbs hüquq, yaxud da siyasət məsələsi deyil, məhz geosiyasi akt kimi qiymətləndirilir”.

S. Alıyev Ermənistanın baş nazirinin bu xəbərdarlığı qulaqardına vuracağı halda, regionda proseslərin hansı yöndə cərəyan edəcəyinə də münasibət bildirib:
"Məktubda bu suala da cavab verilir. Orada Köçəryana ruhdan düşməmək və "möhkəm dayanmaq” tövsiyyə edilir ki, məncə, bu da "gözlə, hər şey yaxşı olacaq, yəni Paşinyan necə gəlibsə, elə də gedəcək” deməkdir. Bu o deməkdir ki, Paşinyanın hərəkətlərinə görə Rusiyanın Ermənistana yanaşması dəyişməyib, dəyişməyəcək də. Moskvanın bu işğalçı ölkəni cəzalandırmaq fikri də yoxdur. Cəzalandırılması və dəyişdirilməsi planlaşdırılan sadəcə Ermənistanın indiki rəhbərliyidir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da məsələyə münasibət bildirib.

T. Zülfüqarov hesab edir ki, verilən bəyanatlarla real nəticələr arasında böyük fərqlər var:

"Bu fikri həm də Rusiyanın dostlarına şamil etmək olar. Yanukoviç, Burcanadze təcrübəsi göstərir ki, verilən bəyanatların və real nəticələrin arasinda həmişə böyük fərq olur. Putinin təbrik məktubunun əsas məqsədi Ermənistanda daxili siyasi çəkişmənin güclənməsidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol