• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyandan Qarabağla bağlı həyasız bəyanat

Sərkisyandan Qarabağla bağlı həyasız bəyanat
02.09.2019 16:53
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma "dqr”in yaradılmasının ildönümü münasibətilə təbrik məktubu yayımlayıb.

Axar.az xəbər verir ki, separatçıların ölkəmizə qarşı təcavüzkar çıxışlarını ermənilərin ümummilli bayramı adlandıran Sərkisyan özünün "döyüş yoldaşları”nı - Qarabağ müharibəsinin əliqanlı qatillərini, qondarma rejimin hazırkı rəhbəri Bako Saakyan və bütün əvvəlki rəhbərlərini də təbrik etməyi unutmayıb.
"Bu gün bizim oğullarımız Qarabağın dövlət sərhədlərində sədaqətlə öz vəzifələrini yerinə yetirirlər. İllərdir dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, - Sərkisyan bildirib.

Xatırladaq ki, 1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər.
 
Azərbaycan Respublikası isə ermənilərin bu işğalına etiraz olaraq noyabr ayının 26-da Dağlıq Qarabağın "Muxtar Vilayət” statusunu ləğv etdi.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol