Patruşev Usubovla görüş üçün təcili Bakıya gəlir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfər edəcək.
"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Respublikasına səfər edəcək.
Patruşev Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, habelə iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”, - məlumatda bildirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























