• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Azərbaycanda millət vəkilinin oğlu məhkəməyə verildi - FOTO

Azərbaycanda millət vəkilinin oğlu məhkəməyə verildi - FOTO
06.09.2019 17:41
Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı "Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.
 
E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".
 
Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.
 
Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".
 
Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".
 
O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq". (FED.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin Almaniya səfərindən görüntülər
Siyasət 11:55
Prezidentin Almaniya səfərindən görüntülər
İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanlayıb
Siyasət 11:10
İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanlayıb
Prezidentin Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Siyasət 10:13
Prezidentin Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Prezident Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - Yenilənib
Siyasət 23:55
Prezident Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - Yenilənib
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb
Siyasət 21:39
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb
Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq
Siyasət 19:29
Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq
Prezident Münxendə görüşlər keçirdi - Yenilənib
Siyasət 19:26
Prezident Münxendə görüşlər keçirdi - Yenilənib
Prezident Zelenski ilə görüşüb
Siyasət 18:49
Prezident Zelenski ilə görüşüb
İlham Əliyev Kaya Kallasla görüşüb
Siyasət 18:24
İlham Əliyev Kaya Kallasla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol