• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH

İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH
11.10.2019 19:03
Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb.
Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.
Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.

"Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə Prezident İ.Əliyev bildirib.
Milli Məclisin tarixçi deputatı, professor Musa Qasımlı Prezidentin çıxışını şərh edib.
M.Qasımlı Oxu.Az-a açıqlamasında deyib ki, Prezidentin MDB Dövlət Başçılarının Aşqabad Sammitindəki nitqi böyük əhəmiyyət daşıyır.
"Hər şeydən əvvəl cənab Prezident İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə qazanılmasında Azərbaycan xalqının müstəsna rol oynadığını bildirdi. Xüsusi vurğuladı ki, bu rol Azərbaycan xalqının əməyi, təbii sərvətləri, intellektual səviyyəsi, xalqımızın ön və arxa cəbhədə, partizan, anti-faşist hərəkatında qəhrəmanlıqları ilə bağlıdır”, - deyə M.Qasımlı əlavə edib.
Deputat deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin oturduğu bir masada nasistlərlə əməkdaşlıq etmiş, keçmiş SSRİ xalqlarına, xüsusən rus xalqına nifrət edən Qaregin Njdeyə abidə qoyulmasını söyləyib.
"Cənab Prezident MDB dövlət başçılarına söylədi ki, əslində, Ermənistanda nasizmin dövlət səviyyəsində təbliğatı gedir. Çünki nasizmə dair hər hansı abidənin qoyulması təbliğat vasitələrindən biridir”.
M.Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib.
"Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, son bir neçə gündə cənab Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana ikinci dəfə tərs bir şillə vurdu. Ölkə başçımız Ermənistanın siyasətinin mahiyyətini açdı”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol