• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli: "Polisə göstərdikləri xidmətə görə təşəkkür edirəm"

Hadı Rəcəbli: "Polisə göstərdikləri xidmətə görə təşəkkür edirəm"
21.10.2019 13:27
"Polislərin xidmətini xüsusi qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm, minnətdaram ki, fəallıq göstərdilər”.

Anews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadı Rəcəbli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Milli Şuranın 19 oktyabr qanunsuz aksiya keçirmək cəhdi ilə bağlı keçirilən toplantıda səsləndirib.Deputat bildirib ki, bu mitinqlərin bir məqsədi var: "Hadisələrin gedişi onu göstərdi ki, bu adamların heç bir sağlam fikirləri yoxdur. Onlar 6 iddia irəli sürdülər ki, biz bu iddaların tətbiqini Azərbaycan prezidentinin öz dilindən eşitmişik. Nəyin davası gedirdi? Lökbatan uzaqdır, orada mitinq keçirmək istəmirlər. Sonra da deyirlər ki, rayonlardan mitinqə gəlmək istəyənlərin qarşısını alıblar, onları avtobuslardan düşürüblər, geri qaytarıblar. Özləri özlərini ifşa edirlər. Rayonda mitinq etmirlər, amma rayonlardan mitinqə gələnlərin olduğunu deyirlər. Maraqlı paradoksdur”.

Hadı Rəcəbli bildirib ki, mitinqdə beş yüz nəfər iştirak edirdisə, mediadan min adam var idi: "Yəni göstərildi ki, nəyi istəyirsiniz, çəkib göstərin. Əslində Milli Şuranın təşkili ilə mitinq keçirilmədi. Siyasi təşkilatçılıq yox idi. Məişət səviyyəsində narazılığı olan adamlar ordan-burdan gəlib danışırdılar. Polislərin xidmətini isə xüsusi qeyd etmək istəyirəm. Onları söyüb təhqir edirdilər. Məqsəd polisi cızığından çıxarmaq idi. Lakin polis göstərdi ki, onlar dövləti müdafiə edirlər, prezidentin yanındadılar. Belə süni mitinqlərlə bizi aldatmaq olmaz. Əli Kərimlinin tutulması zamanı ətrafdakı qışqırıqlar belə süni idi”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol