• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədrindən Fazil Mustafaya irad: Biz Xalq artisti deyilik ki, “Instagram”da oturaq?!

Komitə sədrindən Fazil Mustafaya irad: Biz Xalq artisti deyilik ki, “Instagram”da oturaq?!
22.10.2019 12:45
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri sərt tənqid edib. 

Oxu.Az-ın məlumatına görə, deputat bildirib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında fikir bildirirlər: 
"Hörmətli Fazil müəllim müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının "Facebook”, "Tvitter”i var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin?!” 

S.Novruzov qeyd edib ki, xalı çatmayan Milli Məclisdən xal götürmək istəyir. 
"Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz Xalq artisti deyilik ki, "Instagram”da oturaq?! Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyəti yoxdur.
Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə, səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol