• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI

Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
22.10.2019 14:50
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Dövlət başçısı dünən yaşı 70-dən çox olan Azərbaycan Baş nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad edib. Hər iki vəzifəli şəxs ölkənin Baş nazirinin müavini vəzifəsindən azad edilməsi üçün ərizə ilə müraciət etmişdi.
H.Abutalıbovla görüşdə prezident deyib: "Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır.
Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər.

Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm”.
Bu gün hökumətdə və digər dövlət strukturlarında işləyən və yaşı 70-dən çox olan məmurlar var.
Oxu.Az həmin siyahını təqdim edir:
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı var. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır. 

Prezident Administrasiyasının işlər müdiri Oqtay Şahbazovun 78 yaşı, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var. 
Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır. Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var. 
Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev 82 yaşındadır. 
70 yaşdan yuxarı şəxslər Azərbaycan Milli Məclisində də təmsil olunurlar. Bunlar vitse-spiker Valeh Ələsgərov (73 yaş), deputatlar Yevda Abramov (71 yaş), Ziyad Ələsgərov (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və Hadı Rəcəblidir (72 yaş).

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadənin isə 85 yaşı var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol