• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ: “Spikerin yanında nüfuzunu artırmaq üçün belə edir”

Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ: “Spikerin yanında nüfuzunu artırmaq üçün belə edir”
22.10.2019 15:07
"Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”.
 
Modern.az xəbər verir ki bu sözləri Milli Məclisin deputatı Fazil Musfafa öz Facebook hesabında yazıb.
 
"İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq”.
 
"Məni narahat edən sadəcə bir elmler doktorunun,Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir” – deyə F.Mustafa fikirlərinə əlavə edib:
"Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsınde Milli Məclisin nüfuzu aşağı salınır”.
Xatırladaq ki, Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib:
"Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura "selfi" çəkmək yeri deyil. Bura qanunverici orqandır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol