• $
  • €
  • ₽
  • ₺
  • £

“Rossiya-24”də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub - VİDEO

“Rossiya-24”də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub - VİDEO
28.05.2020 17:57
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın "Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.
AzTV xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır.
75 il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Burada vaxtilə hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər öz yoluna başlayıblar. Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək, qeyd edir ki, vaxtilə burada dərs deyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər.

Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.
Tanınmış məzunların xatirəsi Dövlət Beynəlxalq Münasibətlər İnstitutununda əziz tutulur. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisində unikal sənədləri gördüyünü deyir. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.
Reportajda Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr yer alıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu institut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol