• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun sirli qalan siyahısı: Məmur övladlarının 7 illik xofu...

Əli Həsənovun sirli qalan siyahısı: Məmur övladlarının 7 illik xofu...
22.10.2019 19:01
Dünən yaşı ilə bağlı təqaüdə göndərilən baş nazir müavinlərindən Əli Həsənov eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 


Hazırda həmin Komissiyanın saytında Həsənov təkcə sədr kimi yox, eyni zamanda baş nazirin müavini kimi göstərilir. 


Qaynarinfo xəbər verir ki, bu gün səhər saytda "Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb” başlıqlı xəbər yerləşdirilsə də, Komissiyanın tərkibi ilə bağlı bölmədə Ə.Həsənovun statusuna "əl gəzdirmək” unudulub. Yəqin ki, bu texniki məsələ qısa vaxtda yoluna qoyulacaq.


Əli müəllimin sözügedən Dövlət Komissiyasının sədri kimi ən maraqlı çıxışı 2012-ci ilə təsadüf edir. 


Qaynarinfo xatırladır ki, Əli Həsənov həmin ilin iyununda məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etmiş, lakin onların adlarını açıqlamaq istəməmişdi: 


"Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik bunu almağa vəsaiti yoxdur”.


Bununla bağlı, sabiq vitse-premyer məmurlara sərt mesaj ünvanlamaqdan çəkinməmiş, belə bir xəbərdarlıq ünvanlamışdı: 


"Bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.


Lakin həmin çıxışın üstündən uzun müddət keçsə də, Həsənov narkoman məmur övladlarının adını açıqlamadı. Hətta bir müddət sonra yerli mətbuat Dövlət Komissiyasının sədrinə narkoman məmur övladlarının siyahısında kimlərin olduğu barədə sual ünvanlasa da, Həsənov həmin sualı cavabsız buraxdı. 


Budur, Əli müəllim baş nazir müavinliyindən kənarlaşıb, yəqin ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsini də öz xələfinə təhvil verməli olacaq. Vaxtilə haqqında danışdığı və ölkədə böyük rezonans doğuran, uzun müddət geniş müzakirələrə səbəb olan, məmurların və övladlarının qəlbinə xof salan siyahı isə elə sirr olaraq da qalacaq... 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol