• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi ləğv edilir – Daha bir nazirə böyük səlahiyyətlər veriləcək

Səhiyyə Nazirliyi ləğv edilir – Daha bir nazirə böyük səlahiyyətlər veriləcək
24.10.2019 14:06
Prezident İlham Əliyevin kadr və struktur dəyişiklikləri davam edir.


BakuPost-a daxil olan məlumata görə, yaxın günlərdə daha iki nazirliyin birləşdirliməsi planlaşdırılır. Söhbət Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gedir.


Bildirilir ki, bununla bağlı lazım olan bütün işlər yekunlaşıb. Yaxın günlərdə nazirliklərin birləşdirilməsi barədə sərəncam imzalanacaq.



Məsələ ilə bağlı BakuPost-a danışan tanınmış ekspert Rövşən Ağayev hesab edir ki, adları çəkilən iki nazirliyin birləşdirilməsi labüddür və bir çox ölkələrdə səhiyyə sistemi sosial müdafiə sisteminin tərkib hissəsi kimi, eyni qurum tərəfindən idarə olunur:



"Dünyada səhiyyə sistemi ilə sosial müdafiə sistemi qurumlarının bir yerdə olması təcrübəsi geniş yayılıb. Çox uzağa getməyək, elə bizim region ölkələrində - Rusiya və Gürcüstanda bu, sınaqdan keçirilib. Nəzərə alın ki, səhiyyə bütövlükdə sosial müdafiənin tərkib hissəsidir. Həm də onu nəzərə alın ki, yanvar ayının 1-dən Səhiyyə Nazirliyini təsərrüfat funksiyaları, xəstəxanaların idarə edilməsi funksiyaları tam məhdudlaşdırılır. Bilirsiz ki, bu işləri TƏBİB həyata keçirəcək. Bundan sonra Səhiyyə Nazirliyinin əsas işi səhiyyə siyasətinin həyata keçirilməsi olacaq. Bu da çox rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində həyata keçirilə bilər. Yəqin ki, ƏƏSMN-nin tərkibində səhiyyə siyasətini həyata keçirən bir departament yaradılacaq.


Yəni, Səhiyyə Nazirliyinin ləğv edilməsi və ƏƏSMN-ə birləşdirilmsi tamamilə məqbul bir modeldir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol