• $
  • €
  • ₽
  • ₺
  • £

Ləğv edilməsi və ya birləşdirilməsi gözlənilən nazirliklər - SİYAHI

Ləğv edilməsi və ya birləşdirilməsi gözlənilən nazirliklər - SİYAHI
24.10.2019 15:44
Prezident İlham Əliyev 23 oktyabrda bir sıra nazirliklərdə və qurumlarda ciddi struktur islahatı həyata keçirib.

BAKU.WS xəbər verir ki, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

İslahatların davam edəcəyi, bir sıra komitə və nəhəng qurumların birləşdirilməsi və ya ləğv edilməsi gözlənilir.

İddialara görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilək və Kənd Təsərrüfatı Nazirliyinə birləşdiriləcək.

Bundan başqa, Maliyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdiriləcəyi ehtimal edilir.

Daha bir iddia isə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ləğv edilməsi ilə bağlıdır. Belə ki, AZAL-ın özəllişdirilməyə çıxarılacağı iddia olunur.


İddialardan əlavə ekspertlər bəzi qurumların birləşdirilməsini də təklif edirlər.

Dövlət Sosial Müdafiə Fondununun ya Maliyyə Nazirliyinin tərkibinə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdirilməsi təklif olunur. Neft Fondunun ləğv edilərək onun aktivlərinin Mərkəzi Banka tabe edilməsi də təkliflər arasındadır.

Diasporla İş üzrə Dövlət Komitəsininin də Xarici İşlər Nazirliyinə verilməsinin daha məqsədəuyğun ola biləcəyi fikrini səsləndirənlər də var.
Fövqəladə Hallar Nazirliyinin ləğv edilərək Dövlət Xidmətinə çevrilməsi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsinin isə İqtisadiyyat Nazirliyinə birləşdirilməsi də versiyalar arasındadır.

Son olaraq Müdafiə Sənaye Nazirliyi ilə Müdafiə Nazirliyinin birləşdirilməsi də təklif olunur.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol