• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmovun istefa müəmması - məlum oldu...

Elman Rüstəmovun istefa müəmması - məlum oldu...
24.10.2019 18:17
Bu gün bəzi KİV-lərdə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir. İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.


Həmçinin bildirilir ki, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.


Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verib. O deyib ki, qurumun mətbuat xidmətinə belə bir məlumat daxil olmayıb. 


Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.


Mərkəzi Bankdan bildirilib ki, sabah saat 11:00-da faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçiriləcək.


Qaynarinfo-nun mövzu ilə bağlı araşdırmasına görə, hazırda 69 yaşı olan Elman Rüstəmovun səlahiyyət müddəti altı aydan sonra  – gələn ilin aprelində başa çatacaq.


Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000, 2005 və 2010-cu illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.


Sonuncu təyinat 2015-ci ilin aprelində baş tutub. O, daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gələn il Rüstəmovun yenidən Mərkəzi Bank rəhbəri kimi təyinat alması onsuz da gözlənilmir. 


Onun bu postla erkən vidalaşması istisna olunmasa da, söhbətləşdiyimiz iqtisadçı ekspertlər  baş bankirin qarşıdakı altı ayda, yəni səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını düşünürlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol