• $
  • €
  • ₽
  • ₺
  • £

Kərəm Həsənov vəzifəsində qaldı - vətəndaşlarla görüşəcək

Kərəm Həsənov vəzifəsində qaldı - vətəndaşlarla görüşəcək
25.10.2019 16:52
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və sədr müavini Rafiq Cəlilov tərəfindən 28 oktyabr tarixində keçiriləcək vətəndaş qəbullarının vaxtı dəyişdirilib.

Anews.az xəbər verir ki, komitə sədri 31 oktyabr 2019-cu il tarixində Naftalan şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək. Vətəndaş qəbulu saat 11:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rafiq Cəlilov Göygöl rayonunda vətəndaşlarla görüşəcək. Komitənin sədr müavini tərəfindən keçiriləcək qəbul saat 11:00-da Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaqdır. 

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əlaqədar şəxs: Samir Salıfov 050 800 50 65
Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə və Gəncə ərazi şöbəsi:
(02020) 5-27-77, (022) 256-87-57
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və 3 saylı 
Gəncə Ərazi İdarəsi: (02020) 5-56-05,  (022) 265-08-69

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol