• $
  • €
  • ₽
  • ₺
  • £

Günel Səfərova yüksək VƏZİFƏYƏ SEÇİLDİ

Günel Səfərova yüksək VƏZİFƏYƏ SEÇİLDİ
28.10.2019 15:24
Tanınmış hüquqşünas Günel Səfərova "Vətəndaş” İctimai Birliyinin 5 il müddətinə sədri seçilib. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Xəbəri Axar.az-a təsdiq edən Günel Səfərova bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi demokratik dəyərlərin yayılmasına, ictimai həyatın müxtəlif sahələrində vətəndaş təşəbbüskarlığının artmasına, ictimai rəyin formalaşmasına, elmi və praktiki tədqiqatların, monitorinqlərin, sorğuların həyata keçirilməsinə yardım etmək, cəmiyyətin sosial, iqtisadi və mədəni-humanitar inkişafına töhfə verməkdən ibarətdir.

Günel Səfərova qeyd edib ki, təşkilatın əsas vəzifələri müxtəlif problemləri tədqiq etmək yolu ilə onun həllinə ictimai diqqəti cəlb etmək, cəmiyyəti narahat edən məsələlərin həllinə yardım üçün vətəndaş cəmiyyəti, media və dövlət qurumlarının birgə fəaliyyətinə nail olmaq, sosial, ictimai-siyasi, iqtisadi, təhsil, səhiyyə, idman, elm və texnologiya, media, hüquq, ekoloji, aqrar, mədəni-humanitar və digər sahələrdə geniş spektrli tədqiqatlar aparmaq, demokratik proseslər sahəsində tədqiqatları, fikir plüralizminin dərinləşməsini və sosial cəhətdən əhəmiyyətli olan təşəbbüsləri müdafiə etmək, insan hüquq və azadlıqları üzrə maarifləndirmə və monitorinqin aparılması, korrupsiyaya qarşı mübarizədə ictimaiyyəti maarifləndirməklə səfərbər etmək, miqrasiya və demoqrafiya proseslərini öyrənmək, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərini araşdırmaq, gənclərin intellektual inkişafını və innovativ təşəbbüslərini təşviq etmək, ailə, qadın və uşaqların sosial və mənəvi inkişafına dair araşdırmalar aparmaq, onlara sosial, mənəvi, hüquqi və psixoloji yardım göstərmək, gender bərabərliyini araşdırmaq və təbliğ etmək; mədəni və etnik müxtəlifliyin, milli-mənəvi və dini dəyərlərin qorunmasını təşviq etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbliğat kampaniyasına dəstək verməkdir.

G.Səfərova vurğulayıb ki, Nizamnamə ilə nəzərdə tutulmuş vəzifələri həyata keşirmək üçün Birlik araşdırmalar, monitorinqlər aparacaq, hər növ sosioloji sorğular keçirəcək, sosial iş və korporativ sosial məsuliyyət layihələrini həyata keçirəcək.

Xatırladaq ki, Günel Səfərova QHT sektorunda uzun müddətdir fəaliyyət göstərir. Sədr olana qədər "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru olub. G.Səfərova 2017-ci ilin may ayından Azərbaycan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol