• $
  • €
  • ₽
  • ₺
  • £

"Yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq" - DEPUTAT

"Yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq" - DEPUTAT
29.10.2019 15:35
"Ölkə prezidentinin çıxışını diqqətlə izlədim. Cənab Prezident 9 ay ərzində ölkə iqtisadiyyatında və sosial sahədə əldə edilən uğurların üzərində lakonik şəkildə dayandı. Bütün bu inkişafın daha geniş xarakter alması və gözlədiyimizdən daha yüksək sürətlə inkişafının vacibliyini önə çəkdi”.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sırağagünkü iqtisadi müşavirədə etdiyi çıxışı şərh edərkən bildirib.

Deputat qeyd edib ki, ölkə başçısı son təyinatlar barədə fikirlərini bu cür izah edib:
"Eyni zamanda, cənab prezident bu islahatların həyata keçirilməsi zamanı son təyinatlar barədə də danışdı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etmiş olduğu kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə qurmasını vurğulamaqla bərabər, onlara qarşı "qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, iqtidar daxilində ayrı-ayrı məmurlar tərəfindən şantaj edildiyini deməsi hər kəsin reaksiyasına səbəb oldu. Bu, bir daha onu göstərdi ki, ölkə prezidenti iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var”.

Fəzail Ağamalının sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu:
"Həmçinin, onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış olan söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab Prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol