• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver”

Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver”
29.05.2020 03:17
Nə qədər ki, "məmur-oliqarx-biznes” söhbəti var, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "İctimai” televiziyada yayımlanan "Diqqət Mərkəzi-Yekun” verilişində deyib.
Deputat bizneslə məşğul olan məmurlar barədə danışıb.

"Əgər sən məmursansa, icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına dolanmalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, o zaman istefa ver və get biznesə”, - deyə V.Əhmədov əlavə edib.
V.Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir.
Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub. V.Əhmədov əlavə edib ki, məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar.
"Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənəd hazırlansın... Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa, məmurdan soruşarlar: Sən öz biznesin üçün bu qədər pulu haradan almısan?
İndi tutaq ki, bunlar qazanıblar. Bu insanlar onsuz da bu pulu qazanıblar, onları geri almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası verilməlidir ki, onlar həmin vəsaitin bir hissəsini Azərbaycanda investisiya qoysunlar”.

 Komitə üzvü deyib ki, ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır.
"Kim desə ki, Azərbaycanda inhisarçılıq yoxdur, onlar haqlı deyil. Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir.

Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazarlardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə, o zaman qiymətlər xeyli aşağı düşər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol