• $
  • €
  • ₽
  • ₺
  • £

“Həbs edilən sabiq məmur icra başçısının qohumu deyil”

“Həbs edilən sabiq məmur icra başçısının qohumu deyil”
04.11.2019 17:40
Daxili İşlər Nazirliyindən oğurluğa görə həbs edilən Göyçay Şəhər Gənclər Mərkəzinin sabiq direktoru Səməd Cəbrayılovla bağlı açıqlama verilib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, S.Cəbrayılovun Göyçay Şəhər İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə qohum olması barədə yayılan məlumatlar doğru deyil: "Səməd Cəbrayılov yerli sakindir, Mehdi Səlimzadə isə başqa rayondandır. Həmin şəxs əvvəllər Göyçay Rayon İcra Hakimiyyətində vəzifədə işləyib. Məhz indiki başçı Mehdi Səlimzadə tərəfindən işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə vəzifədən azad olunub. 

Qeyd edək ki, Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası” və "Taxta konstruksiya tipli ev”in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.

Məlumata görə, S.Cəbrayılov Göyçay RİH-də şöbə rəisi olub. Onun bu əməlləri törədərkən icra başçısı Mehdi Səlimzadənin adından sui-istifadə edərək özünü onun qohumu kimi təqdim edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol