• $
  • €
  • ₽
  • ₺
  • £

İran kanalında azərbaycanlılar təhqir olundu

İran kanalında azərbaycanlılar təhqir olundu
29.05.2020 00:43
İran çempionatında "İstiqlal”la görüşdən sonra "İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın "Traxtur” klubun azarkeşlərinin davranışını müzakirə ediblər.
 
Anews.az GünAz TV-yə istinadən xəbər verir ki, onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr adlandırıb. Verilişdə dünya üzrə məşhur olan komandanın cəzalandırılması da tələb olunub.
 
Bu hadisə Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub. O, bu barədə İran Teleradio Şirkətinin rəisi Dr. Əli Əsgəriyə etiraz məktubu ünvanlayıb.
"Verişin qonağı "Traktor” tərəfdarlarının ünvanına yersiz və təhqiramiz ittihamlar səsləndirdi. Lazım gələrsə, bu məsələyə qanun çərçivəsində baxıla bilər. Verilişdə təxminın 100 min azarkeş və milyonlarla televiziya tamaşaçısı düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr kimi qiymətləndirildi. Əgər söhbət barmaq sayısında olan müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün "Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi?! Onlar şəhid ailələrini aşağılamışdı.
 
Nə üçün Tehran stadionlarında müqəddəslər təhqir olunduğu və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə analizlər ortaya çıxmır?! Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənilməsi etnik zəmində nifaq salmaq və milli birliyə xələl gətirməkdən başqa heç nə deyil. Futbol idmanı və hətta Tehranın hökumətə bağlı komandalarının Təbriz və Azərbaycana mənəvi borcu var. Azarkeşlər stadionları küsərək tərk etdiyi zaman "Traktor” tərəfdarlarının aktivlik göstərməsi idman meydanlarını yenidən canlandırdı" deyə məktubun bir hissəsində qeyd olunub.

 
Millət vəkili məktubun sonunda Teleradio Şirkətindən Azərbaycan əhalisi və "Traktor” tərəfdarlarını aşağılamağa son qoymasını istəyib: "Söhbət qanunu pozan komanda oyunçuları və ya azarkeşlərin müdafiə etməsindən getmir. Əsas məsələ odu ki, bəzi komandaların hökumətə bağlı olması və Futbol Federasiyasının ayrı-seçkiliyə yol verməsi görünən çaxnaşmalara səbəb olur. Bu səbəblər aradan qalxarsa, problemlər də öz həllini tapar və stadionlarda əxlaqlı davranışa şahid olarıq". (Qaynarinfo

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol