• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovdan Əli İnsanovla bağlı AÇIQLAMA: İndi “ağır topa” çevrildimi?!

Mübariz Mənsimovdan Əli İnsanovla bağlı AÇIQLAMA: İndi “ağır topa” çevrildimi?!
06.11.2019 12:15
"Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin "zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah?”

Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qeyd edib.

Müxalifət partiyalarının 5 noyabrda keçirdiyi dəyirmi masa haqqında fikirlərini bildirən Mənsimov sözlərinə belə davam edib: "Bu şəkildə mübarizələrini elan edirlər - eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşərkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsəydi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi "ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar.

Masadakı "zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parcalamayın. "Bu yerazdı, o qrazdı, bu naxçıvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol