• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR

Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR
07.11.2019 11:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli, 12-3 nömrəli Qərarı ilə təsdiqlənmiş "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
Qərara əsasən  sənədin 2.1.10-cu yarımbəndində "digər əlavələrdən” sözlərindən sonra "(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilib. Əvvəlki redaksiyanın həmin bəndində isə bu sözlər olmayıb.

Qeyd edək ki, "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” 2.1.10-cu yarımbəndi hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) ilə bağlıdır.

Qeyd olunur ki, təminat xərcliyi hərbi qulluqçuların aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir.

Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Nazirliyi Aparatının Ümumi şöbəsinə tapşırılıb ki, bu qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, qərar noyabrın 6-dan qüvvəyə minib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol