• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - Nazir danışdı

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - Nazir danışdı
13.11.2019 17:43
Bu gün Azərbaycanda "uşaq pulu ödənilmir” demək düzgün deyil. 
Oxu.Az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin iclasında deyib. 
O bildirib ki, "uşaq pulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib: 

"Bu ödəniş də bugünkü pulla iki manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır. O dövrdə ödənilən iki manat hara, bu gün ödənilən 200 manat hara?!” 
Nazirin sözlərinə görə, bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır:
"Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. 18 yaşınadək Azərbaycanda 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə, 3,3 milyard manat vəsait edir. 
"Uşaq pulu” kimi proqramlar isə 1-2 illik olmur. Ən azı beş illik olur. Bu, o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməlidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol