• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan ordusu Stepanakertə (Xankəndi) girmək üzrəydi, bizi Qaydar xilas etdi...”

“Azərbaycan ordusu Stepanakertə (Xankəndi) girmək üzrəydi, bizi Qaydar xilas etdi...”
19.11.2019 10:34
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar açıqlayıb.
Virtualaz.org xəbər verir ki, Baqratyan Ermənistanın Qarabağı Yeqor Qaydarın-Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal etdiklərini deyib. Bildirib ki, Qaydar olmasaydı Qarabağ indi ermənilərin əlində deyildi. Və Baqratyan Yerevanda və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.
Ermənistan televiziyasının "Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. "Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir”,-o deyib.
Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarla münasibətləri barədə danışan Baqratyan deyib ki, o, 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur.

Yeqor Qaydar 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutub, maliyyə naziri olub, 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edib. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edib Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Qrant Baqratyan deyir: "Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən artıq qərar verilmişdi, onlar (azərbaycanlılar) Stepanakertə (Xankəndinə-red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən indi bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə  vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi)”.
Söhbəti davam etdirən keçmiş baş nazir onu da deyib ki, Yeqor Qaydarın dəstəyi ilə döyüş meydanında balansı təmin etmək mümkün oldu. Ona görə də Ermənistan rəhbərliyi Qaydarın "işıqlı xatirəsini” daim əziz tutmalıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol