• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxsin yeddi milyonluq əmlakına həbs qoyuldu

Azərbaycanda vəzifəli şəxsin yeddi milyonluq əmlakına həbs qoyuldu
19.11.2019 14:38
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, "Metakom” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

İstintaqla "Metakom” MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard” KB-dən üç milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə yeddi milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində kəsərli tədbirlər davam etdirəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol