• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək pensiyaları və sosial yardım alanların NƏZƏRİNƏ- Dəyişiklik

Əmək pensiyaları və sosial yardım alanların NƏZƏRİNƏ- Dəyişiklik
29.05.2020 00:15
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb".

Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin qanunvericilik layihəsinin qəbul edilməsi ilə paralel olaraq sosial müavinətlər haqqında qanunlara dəyişiklik ediləcək: "Eyni zamanda Azərbaycan Prezidentinin adından təsis edilib ödənilən təqaüd təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmin layihələrin həyata keçirilməsi ilə yenə də müavinət və təqaüdlərin, əmək pensiyalarının hesablanmasında yeni yanaşmalar nəzərə alınmaqla əmək pensiyalarının ümumi məbləğinin artırılması nəzərdə tutulub. Hazırda layihələr müzakirə olunur və aidiyyəti üzrə baxılıb rəy və təkliflərin bildirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib. Bundan başqa ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır".

B. Hüseynov vurğulayıb ki, yeni təqdim edilmiş təkliflərə əsasən, sosial yardımların verilməsində daha rahat müraciətlərin təmin edilməsi nəzərdə tutulur, yəni bunun üçün heç bir sənəd tələb edilməyəcək: "Bu, sosial yardımların orta məbləğinin artırılmasına, eyni zamanda sosial yardım alan ailələrin əhatə dairəsinin genişləndirilməsinə ünvanlanan bir layihədir. Qeyd olunan layihələrin növbəti il ərzində mərhələli şəkildə hökumət tərəfindən qəbul olunması planlaşdırılır".

B. Hüseynov bildirib ki, bu ilin sentyabrında pensiyaların minimum məbləği 200 manata çatdırılıb. Bu da alıcılıq qabiliyyəti göstəricisinə görə MDB-də ən yüksək göstəricilərdən biridir. Növbəti ilin əvvəlində mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub. Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əməkhaqqının artım tempi ilə bağlı olan rəqəmə əsasən aparılacaq: "Bu il minimum əməkhaqqlarının artırılması orta aylıq əməkhaqqının böyük faizlə artımına səbəb olub. Buna əsasən demək olar ki, indeksasiya faizi böyük olacaq. Ancaq indeksasiya Dövlət Statistika Komitəsi tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra adətən yanvarın sonu, fevral ayının əvvəlində aparılır. Qanunvericiliyə dəyişiklik özündə pensiyaların artımını ehtiva edir. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq. Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq. Bu da bir çox göstəricilərdən asılı olaraq təhlillər nəticəsində müəyyən olunur”. (APA)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol