• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 60 illik yubileyina hazırlaşan professor qəfil vəfat etdi - FOTO

Bakıda 60 illik yubileyina hazırlaşan professor qəfil vəfat etdi - FOTO
21.11.2019 10:16
Coğrafiya İnstitutu Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev vəfat eeib.
Publika.az xəbər verir ki, tanınmış alim qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Zabit Sabir oğlu Allahverdiyev 1959-cu il, dekabrın 1-də Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, 1987-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun «Riyazi modelləşdirmə» laboratoriyasında mühəndis aparıcı-konstruktor vəzifəsində, 1995-2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrində çalışıb.

1999-2003-cü illərdə «Okeanologiya» ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2004-cü ildə «Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsullarla tədqiqi» mövzusu üzrə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi, 2017-ci ildə isə dosent elmi adını almışdır. 5 elmi mövzunun, 40-dan artıq elmi məqalənin və dörd kitabın müəllifidir.

2002-2014-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda «Xəzər dənizinin hidrometeoroloji problemləri» laboratoriyasının müdiri vəzifəsində işləyib.2014-cü ildən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi, 2016-cı ildən "Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin müdiri vəzifəsində çalışıb.
Dekabrın 1-də onun 60 illik yubileyini qeyd edəcəkdi.
Allah rəhmət eləsin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol