• $
  • €
  • ₽
  • ₺
  • £

“Jurnalistlər milçəkdən fil düzəldər, fili isə milçəyə çevirər...”

“Jurnalistlər milçəkdən fil düzəldər, fili isə milçəyə çevirər...”
25.11.2019 13:07
Azərbaycan jurnalistlərinin Ermənistana və Dağlıq Qarabağa, erməni jurnalistlərinin isə Azərbaycana bu günlərdə baş tutmuş səfərləri regionda "qeyri-rəsmi diplomatiya” yolu ilə gələcək sülhün əsaslarını qoymaq baxımından yaxşı başlanğıcdır.

Virtualaz.org xəbər verir ki, bu barədə Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri, ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov EADaily nəşrinə açıqlamasında bildirib.

Onun fikrincə, çox mühümdür ki, proqramda Qarabağ da iştirak edir. Rusiyalı diplomat hesab edir ki, dinc nizamlama prosesində Qarabağ əhalisinin də maraqları birbaşa təmsil olunmalıdır.

"Jurnalistlərin mübadiləsi proqramı çox mühüm təşəbbüsdür. Bu, düzgündür. Axı bu prosesdə jurnalistlərdən və KİV-lərdən çox şey asılıdır. Milçəkdən fil düzəltmək olar və ya fili milçəyin ölçüsündə kiçiltmək olar ki, həmin fil heç kimi tapdalamasın”,-Trubnikov qeyd edib.

Rusiyalı diplomat jurnalistlərin qarşılıqlı səfərinin məxfi saxlanılmasına haqq qazandırıb, deyb ki, bunu anlamaq olar. Çünki 18 ildən bəri ilk dəfədir tərəflər arasında publik diplomatiya çərçivəsində birbaşa təmas baş tutur.

"Jurnalistlər burada mühüm rol oynayır. Axı informasiyanın təqdim edilməsindən ictimai əhval-ruhiyyə çox asılıdır. İctimaiyyəti elə qızışdırmaq olar ki, yuxarılarda sadəcə olaraq heç bir həll qərarı qəbul etməyəcəklər. Çünki öz mövqelərindən qorxacaqlar”,-o əlavə edib.

Vyaçeslav Trubnikov 2001-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ-ın Ki-Uest şəhərində baş tutumuş kritik danışıqlarda iştirak edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol