• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev yeni komissiya yaratdı - SƏRƏNCAM

Ramiz Mehdiyev yeni komissiya  yaratdı - SƏRƏNCAM
25.11.2019 14:11
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Akademiyanın Rəyasət Heyəti aparatının strukturunun və kadr təminatının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
AMEA-dan Modern.az-a verilən xəbərə görə, sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təyin olunub. Tərkibə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aparatın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev daxil edilib.
 
Qeyd edək ki, komissiya AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, "Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlayıb AMEA-nın prezidentinə təqdim edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol